Abşeronda qadına zor tətbiq edərək pul və telefonunu alıblar
Abşeron rayon sakini olan bir qadına zor tətbiq edib pul kisəsini soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Ə.Hüseynov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-da rayon sakini olan bir qadına zor tətbiq edib içərisində 50 manat və mobil telefon olan pul kisəsini soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılıb.
19 Avqust, 2019 15:46 ⁄ Baxılıb: 831
Bu bölmədə1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü22 Yanvar, 2024 33 yaşlı kişi itkin düşüb - SUMQAYITDA31 İyul, 2023 DSX-nin əsgəri dünyasını dəyişib22 Noyabr, 2022 Lənkəranda narkotik satışına görə 19 nəfər saxlanılıb |