Simsar.az | bizi özünüzə Simsar bilin
Dövlət rüsumlarının məbləğlərində dəyişiklik edildi

Prezident fərman imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Simsar.az prezidentin mətbuat xidmətinə istinadən məlumat verir ki, fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına 2 nömrəli Əlavə - “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 13-cü hissəsinin “Lisenziya verən icra hakimiyyəti orqanı” sütununda “Nəqliyyat Nazirliyi” sözləri “Dövlət Dəniz Administrasiyası” sözləri ilə əvəz edilib.

9 İyun, 2011  18:17 Baxılıb: 989

Bu bölmədə