Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 383, BB qrupu üzrə 1118 olmaqla ümumilikdə 1501 namizəd qeydiyyatdan keçib. Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahanların idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 151 nəzarətçi‑müəllim, 5 bina nümayəndəsi ayrılıb.(apa)
16 Avqust, 2019 11:51 ⁄ Baxılıb: 657
Bu bölmədə19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var17 Aprel, 2024 Hadı Rəcəbli vəfat etdi |