Simsar.az | bizi özünüzə Simsar bilin
Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır - TƏQVİM

Bu gün Azərbaycan Premyer Liqasında 2019-2020 mövsümü start götürəcək. 28-ci ölkə çempionatında 8 klub 4 dövrəli sistem üzrə mübarizə aparacaq. Mövsümün açılış matçı "Dalğa Arena"da olacaq. Burada "Keşlə" son illərin çempionu "Qarabağ"ı qəbul edəcək. Turun digər oyunları qarşıdakı üç gün ərzində keçiriləcək.

16 avqust (cümə)

 

Azərbaycan Premyer Liqası, I tur

19:00. “Keşlə” – “Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov

“Dalğa Arena”

 

17 avqust (şənbə)

19:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov

Qəbələ şəhər stadionu

 

18 avqust (bazar)

20:00. “Səbail” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev

“ASCO Arena”.

 

19 avqust (bazar ertəsi)

20:00. “Neftçi” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı

“Bakcell Arena”(modern)

 

 

16 Avqust, 2019  10:42 Baxılıb: 1144

Bu bölmədə