Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident dövlət büdcəsinə dəyişiklikləri təsdiqlədi

Dövlət qulluqçusu 65 yaşından sonra istisna hallarda işləyə bilər

Azərbaycan prezidenti İlham Əliyev ölkənin 2011-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanunun tətbiqinə dair fərman imzalayıb.

Prezidentin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, fərmana əsasən, Azərbaycanın 2011-ci il dövlət büdcəsinin ümumi dövlət xidmətləri xərcləri 1 158,636 mln. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı - 98,779 mln. manat, o cümlədən Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı xərclər - 51,779 mln. manat, elm xərcləri - 114,628 mln. manat, müdafiə xərcləri - 1 364,796 mln. manat, o cümlədən müdafiə sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclər - 34,507 mln. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri - 783,290 mln. manat, təhsil xərcləri - 1 399,803 mln. manat həcmində təsdiq edilib.

Bununla yanaşı, yenilənmiş büdcədə səhiyyə xərcləri 563,220 mln. manat, sosial müdafiə və sosial təminat xərcləri - 1 611,841 mln. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət – 211,750 mln. manat, mənzil və kommunal təsərrüfatı xərcləri – 453,010 mln. manat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi – 448,034 mln. manat, sənaye, tikinti və faydalı qazıntılar xərcləri - 5 880,749 mln. manat, nəqliyyat və rabitə xərcləri – 67,272 mln. manat, Azərbaycan İpoteka Fondunun nizamnamə kapitalının artırılması ilə bağlı xərclər 20,0 mln. manat, Prezidentin ehtiyat fondu – 210,0 mln. manat, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər – 22,0 mln. manat səviyyəsində təsdiq olunub.

Qeyd edək ki, dövlət büdcəsindən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin pensiyalarının yenidən hesablanması nəticəsində pensiya artımına 195 mln. manat ayrılacaq.

Bu fərmanla Nazirlər Kabinetinə bir ay müddətində normativ hüquqi aktları bu sənədə uyğunlaşdırmaq tapşırılıb.

9 İyun, 2011  18:09 Baxılıb: 994

Bu bölmədə