Xaçmazda ağır yol qəzası - 1 ölü, 5 yaralı
Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində əks istiqamətlə hərəkət edən iki minik avtomobilinin toqquşması nəticəsində Xaçmaz rayon Mərkəzi Xəstəxanasına 6 nəfər çatdırılıb. Yaralılar - Quba rayon Birinci Nügədi kənd sakini, 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov, Quba rayon Ağbil kənd sakinləri – 26 yaşlı Arif Əmrəli oğlu Eyyubov, 37 yaşlı Fərhad İmran oğlu Eyyubov, 27 yaşlı Orxan Məhəmməd oğlu Pirimov və 28 yaşlı Sadıq Sarvan oğlu İskəndərovdur. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanada hazırda bir nəfər qalıb - 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərova sağ diz oynağının əzilmiş və cırılmış yarası, hər iki dirsək sümüyünün sınığı, çənənin əzilmiş cırılmış yarası diaqnozu qoyulub. Xəstəxanadan Trend-ə bildirilib ki, yaralılardan Quba rayon Birinci Nügədi kənd sakini, 57 yaşlı Elman Həsən oğlu Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.
16 Avqust, 2019 10:28 ⁄ Baxılıb: 864
Bu bölmədə1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü22 Yanvar, 2024 33 yaşlı kişi itkin düşüb - SUMQAYITDA31 İyul, 2023 DSX-nin əsgəri dünyasını dəyişib22 Noyabr, 2022 Lənkəranda narkotik satışına görə 19 nəfər saxlanılıb |