Simsar.az | bizi özünüzə Simsar bilin
Fazil Mustafa deputatı olmayan partiyaları müdafiə etdi

Bizim də prinsipial mövqeyimiz var

“Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsində müəyyən nüanslar nəzərə alınmalıdır”. Bu açıqlamanı verən Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa SalamNews-a deyib ki, rəhbərlik etdiyi partiyanın da sözügedən məsələ ilə bağlı təklifləri var. Belə ki, parlamentdə təmsil olunmayan partiyalar da maliyyələşmə prosesinə cəlb olunmalıdır: “Partiyaların maliyyələşməsi məsələsində bizim də prinsipial mövqeyimiz var. Hesab edirik ki, təkcə parlamentdə təmsil olunan partiyalar deyil, eləcə də burada təmsil olunmayan partiyaların da müəyyən qismi subyekt kimi tanınmalıdır. Əgər bu baş verərsə, ölkədə daha geniş demokratik imkanlar yarana bilər”.

9 İyun, 2011  18:04 Baxılıb: 991

Bu bölmədə