![]() |
Ana və 6 aylıq qızı qəzada yaralandı
Aeroport yolunda -"Sabunçu" keçidinin yanında baş verən avtomobil qəzası nəticəsində ana və körpə qızı yaralanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 30 yaşlı qadın alın nahiyəsinin kəsilmiş yarası, 6 aylıq qızı isə qapalı kəllə-beyin travması və təpə sümüyünün zədələnməsi xəsarətləri alıblar. Onlar hadisə şahidlərinin köməyi ilə Elmi Tədqiqat Pedriatriya İnstitutuna gətiriliblər. Yaralılar daha sonra Kliniki Tibbi Mərkəzə aparılıblar. Hazırda onların müalicələri davam edir.
9 Avqust, 2019 13:29 ⁄ Baxılıb: 176
Bu bölmədə5 Dekabr, 2019 Birmərtəbəli ev yanıb - GƏNCƏDƏ4 Dekabr, 2019 Mingəçevirdə zəncirvari yol qəzası baş verib4 Dekabr, 2019 Bakıda iki qardaş bıçaqlanıb3 Dekabr, 2019 Balakəndə meşədən asılmış qadın meyiti tapılıb3 Dekabr, 2019 Azərbaycanda daha 5 tələbə zəhərləndi |