Simsar.az | bizi özünüzə Simsar bilin
Şənbə günü havanın temperaturu 37 dərəcə olsa da, bazar günü soyuyacaq

“Sabaha havanın temperaturu bu günə nisbətən bir qədər yüksələcək və 30-32 dərəcə isti təşkil edəcək. Avqustun 10-da (şənbə günü) isə zəif cənub-şərq küləyinin üstünlüyü olacaq. Temperaturun yenidən yüksəlməsi gözlənilir”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, paytaxtda maksimal temperatur 35-37 dərəcə təşkil edəcək, hava şəraiti bir qədər rütubətli olacaq. U.Tağıyeva qeyd edib ki, bu isti hava birgünlük olacaq: “Avqustun 11-də yenidən paytaxtda şimal küləyinin güclənməsi gözlənilir. Təbii ki, belə olan halda havanın temperaturu aşağı enəcək. Son 15 il ərzində belə anoloji hava şəraiti 2010 və 2013-cü illərdə müşahidə olunub və intensiv yağış yağıb”.(report)

8 Avqust, 2019  15:35 Baxılıb: 199

Bu bölmədə