Simsar.az | bizi özünüzə Simsar bilin
“Trabzonspor” Mahir Əmrəlini istəyir

Türkiyənin “Trabzonspor” klubu norveçli hücumçu Aleksander Sörlotun transferindən sonra daha bir forvard almaq istəyir. “Haber TS” xəbər verir ki, Türkiyə nəhənglərindən olan Trabzon klubu millimizin və “Qarabağ”ın hücumçusu Mahir Emrelini (Mədətov) transfer etməkdə maraqlıdır.

Qeyd edək ki, İspaniyanın I divizion klubu “Estremadura” “Qarabağ”a Mahir Emrelini transfer etmək üçün rəsmi təklif göndərib. Bundan başqa, onu İspaniyanın “Deportivo”, “Malaqa” və “Almeria” klublarının da istədiyi yayılan xəbərlər arasındadır.(oxu)

8 Avqust, 2019  15:30 Baxılıb: 1164

Bu bölmədə