Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Azərbaycanın Serbiyadakı səfirliyinin açılış mərasimində-FOTO

Prezident iyunun 8-də Azərbaycanın Serbiyadakı səfirliyinin açılışında iştirak edib

Prezidentin rəsmi saytının məlumatına görə, Azərbaycanın dövlət başçısı səfirliyin açılışını bildirən rəmzi lenti kəsib.

Prezident İlham Əliyev səfirliyin binasında yaradılmış şəraitlə tanış olub.

Məlumat verildi ki, burada səfirliyin əməkdaşlarının iş şəraiti üçün hər cür imkanlar yaradılıb. Səfirliyin binasının bütün otaqları müasir avadanlıqlarla təchiz olunub. Prezident səfirliyin əməkdaşları və Serbiya ictimaiyyəti qarşısında çıxış edib, onlarla xatirə şəkli çəkdirib.

9 İyun, 2011  17:32 Baxılıb: 1037

Bu bölmədə