Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənistan ordusunun hərbçisi intihar edib

Ermənistan ordusunun hərbçisi intihar edib.  “Armen Press”in verdiyi xəbərə görə, hərbçinin meyiti Gümrü şəhərində yaşadığı evdə asılı vəziyyətdə aşkarlanıb.  Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bildirib ki, intihar edən hərbçi orkestrdə xidmət göstərən Samvel Mejlumyandır.   Hadisənin təfərrüatları hələlik məlum deyil.(apa)

8 Avqust, 2019  11:59 Baxılıb: 1019

Bu bölmədə