Simsar.az | bizi özünüzə Simsar bilin
Kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanların qeydiyyatı başlayıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlər bu gündən etibarən avqustun 23-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.(report)

8 Avqust, 2019  11:38 Baxılıb: 698

Bu bölmədə