Bayram namazının vaxtı açıqlandı
Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb. Bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq. Eyni zamanda, Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazını Təzəpir məscidində qılacağı gözlənilir. Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.(report)
7 Avqust, 2019 15:35 ⁄ Baxılıb: 709
Bu bölmədə20 Mart, 2024 İş adamı Seymur İsayevdən bayram təbriki16 Mart, 2024 Sabahın havası5 Mart, 2024 Xalqxeber.Az xəbər portalı 12 yaşında |