Simsar.az | bizi özünüzə Simsar bilin
“National Geographic”in Azərbaycanla bağlı səhvi aradan qaldırıldı

Dünyaca məşhur elm və təhsil üzrə qeyri-mənfəət təşkilatlarından olan “National Geographic” Cəmiyyətinin dərc etdiyi və uşaqların məlumatlandırılması məqsədini daşıyan “National Geographic Kids” jurnalının internet səhifəsində ölkəmizlə bağlı təqdim edilən məlumatda Azərbaycan xəritəsində ciddi təhrifə yol verildiyi və ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin fərqli rəngdə təsvir olunduğu müəyyən edilib. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar nazirlik və Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə operativ tədbirlər görüb. Nəticədə ölkəmizin xəritəsinə münasibətdə yol verilmiş təhrifin aradan qaldırılmasına nail olunub. NRYTN və Azərbaycanın ABŞ-dakı səfirliyinin operativ müdaxiləsi nəticəsində adıçəkilən jurnalın internet səhifəsində respublikamızın xəritəsi artıq dəqiq və ərazi bütövlüyü qorunmaqla təsvir edilib. Bu link vasitəsilə Azərbaycan xəritəsi və müvafiq informasiya ilə tanış olmaq mümkündür.(oxu)

7 Avqust, 2019  11:46 Baxılıb: 880

Bu bölmədə