Yevlaxda 1 tondan artıq çətənə kolu aşkarlanıb
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Simsar.az - a bildiriblər ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Qaraoğlan kənd sakini Rəşid Məmmədov saxlanılıb. Məmmədovun kənd qəbiristanlığının yaxınlığındakı 0,05 hektar torpaq sahəsini zəbt edərək həmin ərazidə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi ümumi çəkisi 1 ton 152 kiloqram olan 192 çətənə kolu aşkarlanaraq götürülüb. Həmçinin ərazidə axtarış zamanı oradan əlavə olaraq 605 qram qurudulmuş marixuana da aşkarlanıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
6 Avqust, 2019 16:57 ⁄ Baxılıb: 681
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |