Simsar.az | bizi özünüzə Simsar bilin
Ərdoğanın seçkidən sonra ilk gedəcəyi yer hara olacaq?

“İndi bu barədə danışmaq doğru olmaz"

Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğan parlament seçkilərindən sonra ilk xarici səfərini hansı ölkəyə edəcəyini açıqlayıb.

Simsar.az-ın xəbərinə görə, R. T. Ərdoğan “CNN Türk”də media mənsublarının seçki kampaniyasının gedişi haqqında suallarını cavablandırıb. 

“Seçkidən sonra xarici səfərlər planlaşdırılırmı” sualını cavablandıran baş nazir səfər proqramının indidən bəlli olduğunu söyləyib: “İndi bu barədə danışmaq doğru olmaz. Amma biz adətən ilk olaraq Azərbaycanı və Şimali Kipri ziyarət edirik. Bu, bir ənənədir”.

Xatırladaq ki, Türkiyədə iyunun 12-də parlament seçkiləri keçiriləcək. Seçkidə AKP-nin yenidən qələbə qazanacağı proqnozlaşdırılır.

9 İyun, 2011  17:10 Baxılıb: 992

Bu bölmədə