Yaponiyada onlarla insan istidən ölüb
Yaponiyada həftə ərzində 57 nəfər isti havanın qurbanı olub. Duaha 18 min nəfər isə günvurma nəticəsində xəstəxanaya yerləşdirilib. Bütün ölkə ərazisində anomal isti hava şəraiti hökm sürür. Bəzi yerlərdə havanın temperaturu 39 dərəcə istiyə çatıb. Ölənlərin arasında çox sayda yaşlı insanlar var. Onlar qənaət etmək məqsədi ilə kondisioner işlətməyiblər. Xatırladaq ki, ötən il Yaponiyada temperaturun rekord dərəcədə yüksək olmasına görə 150-dən çox insan ölmüşdü, on minlərlə insan isə xəstəxanaya yerləşdirilmişdi.(ox)
6 Avqust, 2019 10:25 ⁄ Baxılıb: 991
Bu bölmədə1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı8 İyun, 2022 İranda qatar qəzası - 17 ölü, 50 yaralı |