Simsar.az | bizi özünüzə Simsar bilin
VII Ümumdünya İslam İqtisadi Forumu start götürüb

“Qlobal iqtisadi inkişaf: Qarşılıqlı münasibətlər, rəqabət, əməkdaşlıq” devizi altında keçirilən Forumda 2000-dən çox nümayəndə iştirak edir

İyunun 8-də Qazaxıstanın paytaxtı Astanada VII Ümumdünya İslam İqtisadi Forumunun açılışı olub. “Qlobal iqtisadi inkişaf: Qarşılıqlı münasibətlər, rəqabət, əməkdaşlıq” devizi altında keçirilən Forumda müxtəlif ölkələrdən 2000-dən çox nümayəndə iştirak edir. Forumda ölkəmizi İqtisadi İnkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, tədbir çərçivəsində “İnvestisiya imkanları və problemləri” mövzusunda keçirilmiş xüsusi forumda İslam İnkişaf Bankına üzv olan ölkələrin nümayəndələri təqdimatlarla çıxış ediblər. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Gülşən Rzayeva Azərbaycanın biznes və investisiya imkanları barədə təqdimatla çıxış etmiş, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Forum bu gün başa çatacaq.
Qeyd: İlk Ümumdünya İslam İqtisadi Forumu 2005-ci ildə Malayziyanın Kuala- Lumpur şəhərində təşkil olunub. İndiyədək 6 bu cür forum keçirilib.

9 İyun, 2011  17:02 Baxılıb: 1178

Bu bölmədə