Lionel Messi 3 aylıq diskvalifikasiya olunub
Argentina milli komandasının və İspaniya “Barselona”sının futbolçusu Lionel Messi cəzalandırılıb. Məşhur hücumçu yığmadan üç aylıq kənarlaşdırılıb. Bu barədə qərarı Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) verib. Cəza müddəti qərar verildiyi gündən hesablanır. Öncədən 1 oyunluq cəza və 1,5 min dollar cərimə alan hücumçu ilə bağlı daha sərt qərar verilib. Bu isə o deməkdir ki, 32 yaşlı forvard noyabrın əvvəlinə qədər Argentina yığmasının yoxlama və rəsmi matçlarından kənar qalacaq. O, Çili, Meksika və Almaniya ilə yoldaşlıq görüşlərini, həmçinin DÇ-2022-nin seçmə mərhələsinin ilk matçını buraxacaq. L.Messi 50 min dollar cərimə də ödəməlidir. Futbolçu 7 gün ərzində apelyasiya verə bilər. Qeyd edək ki, argentinalı Amerika kubokunun Braziliya ilə yarımfinal oyunundan sonra hakimləri və KONMEBOL-u sərt tənqid edib, bürünc medal uğrunda görüşdən sonra mükafatlandırma mərasiminə qatılmayıb.(apa)
3 Avqust, 2019 12:22 ⁄ Baxılıb: 1047
Bu bölmədə4 Dekabr, 2023 Heydər Əliyev ili çərçivəsində növbəti turnir20 Noyabr, 2023 Millimiz Avropa çempionatında rekordunu yenilədi4 Noyabr, 2023 Vüqar Nadirov yeni futbol klubu yaradıb |