Simsar.az | bizi özünüzə Simsar bilin
Baş nazirdən “Salaam Cinema Baku”nun binası ilə bağlı mühüm - QƏRAR

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust qərarında dəyişikliklər edilib. Baş nazirin təsdiq etdiyi dəyişikliklərə əsasən, “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə aşağıdakı məzmunda 3166-1-ci və 3166-2-ci bəndlər əlavə edilib: “3166-1. İbadət evi, S.Rüstəm küçəsi, 10, 1913-cü il; 3166-2. Məscid, R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsi”.

Mədəniyyət Nazirliyi aidiyyəti qurumlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll edəcək. Qeyd edək ki, Süleyman Rüstəm küçəsi, 10 ünvanında  yerləşən ibadət edi “Malakanların evi” kimi də tanınır. Hazırda binada “Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir.

3 Avqust, 2019  11:07 Baxılıb: 661

Bu bölmədə