Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ-da festival iştirakçıları atəşə tutulub, 3 nəfər ölüb

ABŞ-ın Kaliforniya ştatında keçirilən qida festivalı zamanı baş verən silahlı insident nəticəsində 3 nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə bələdiyyə şurası nümayəndəsi Dion Brakkoya istinadən "New York Times" nəşri yazıb. Onun sözlərinə görə, nəticədə 12 nəfər xəsarət alıb.

Brakko həmçinin atışmada şübhəli bilinən bir nəfərin saxlanıldığını qeyd edib. Lakin, onun sözlərinə görə, polis əməkdaşları güman edirlər ki, atəşi bir neçə nəfər aça bilər. Bununla əlaqədar polis axtarışları davam etdirir.

29 İyul, 2019  10:14 Baxılıb: 935

Bu bölmədə