Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda küçə şoularının keçirilməsinə icazə veriləcək

Qonşu ölkələrdə tətbiq edilən əyləncəli küçə şouları Bakıda da baş tutacaq. Dövlət Turizm Agentliyindən verilən məlumata görə, Bakı Turizm İnformasiya Mərkəzinin "Küçə sənətçiləri" adlı layihəsinə əsasən ilkin mərhələdə küçə sənətçiləri arasında seçim baş tutacaq.

Dövlət qurumlarının dəstəkçi olduğu layihə çərçivəsində seçim mərhələsini uğurla adlayan sənətçilərə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində çıxış etmələri üçün rəylər veriləcək. Layihə çərçivəsində aktyorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara və digər yaradıcı şəxslərə öz istedadlarını nümayiş etdirməyə lazımi şərait yaradılacaq.

"Küçə sənətçiləri" layihəsininin əhəmiyyəti turistlərin bu cür tədbirlərə xüsusi maraq göstərməsinə, həmçinin qonşu ölkələrdə də tətbiq edilən bu növ əyləncəli küçə şoularının müsbət nəticələr verməsinə əsaslanır. Layihənin təqdimatı sabah keçiriləcək.

25 İyul, 2019  17:03 Baxılıb: 5013

Bu bölmədə