Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvota dolub
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün müəyyən edilən 1400 nəfərlik kvota artıq dolub. Bu barədə Simsar.az - a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Qeyd olunub ki, adətən Həcc ziyarətinə gedənlərin 40 faizini qadınlar təşkil edir. Bu il də qadın zəvvarların təqribən 40 faiz təşkil edəcəyi bildirilir. Xatırladaq ki, zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınacaqlar. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.
24 İyul, 2019 15:09 ⁄ Baxılıb: 670
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |