Simsar.az | bizi özünüzə Simsar bilin
DİN-də kadr dəyişikliyi

Ramil Usubov əmrlər imzalayıb

Daxili işlər orqanlarında kadr dəyişikliyi aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrləri ilə Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin rəis müavini, polis polkovniki Nüsrət Şirinov Daxili İşlər Nazirliyi Katibliyinin rəisi vəzifəsinə təyinat alıb.

Samux Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyev tutduğu vəzifədən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Bir müddət əvvəl Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin Katibliyinin rəisi Nazim Əliyev isə Polis Akademiyanın rəisi vəzifəsinə təyin olunub.

8 İyun, 2011  20:06 Baxılıb: 2631

Bu bölmədə