Simsar.az | bizi özünüzə Simsar bilin
Göyçə gölü quruyur

"Yüksək dağlıq ərazidə yerləşən Göyçə (Sevan) gölü acınacaqlı vəziyyətdədir". TASS xəbər verir ki, bu barədə Ermənistan Milli Elmlər Akademiyası yanında su hövzəsinin qorunması üzrə elmi-ekspert komissiyasının sədri Yuri Cavadyan "Göyçə gölünün problemləri və onların həll yolları" mövzusunda keçirilən işgüzar müzakirələr zamanı bildirib.

"Göl ekoloji cəhətdən acınacaqlı vəziyyətdədir. Onu xilas etmək üçün çox iş görülməlidir. Bu günə qədər görülən işlər gölün itirilməsi təhlükəsinin aradan qaldırıldığını söyləməyə imkan vermir", - Y.Cavadyan deyib. Ekspertlərin fikrincə, su hövzəsinin ekosisteminin pozulmasına səbəb olan bir sıra problemlər var: gölə yaxınlıqdakı ictimai iaşə obyektlərindən çox miqdarda tullantı daxil olur, məişət kimyası axıdılır, buxarlanma artsa da, gölə lazımi miqdarda çay suyu daxil olmur və s.

Yerli ekoloqlar həmçinin göldə balıq və xərçənglərin ölümünə səbəb olacaq bataqlıqlaşma prosesinin başladığını qeyd edirlər. Bunun nəticəsində hövzə istirahət və üzmək üçün cəlbediciliyini, Ermənistan isə əsas turistik məkanlarından birini itirəcək.(report)

18 İyul, 2019  12:43 Baxılıb: 628

Bu bölmədə