Şəmkirdə 210 kq ölmüş inək əti aşkarlanıb
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Simsar.az - a verilən məlumata görə, növbəti belə tədbir iyulun 17-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Şəmkir rayonunda keçirilib. Sabirkənd kənd sakini Y.Sadıqovanın yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan yaxın qohumu E.Sadıqova məxsus öldükdən bir müddət sonra kəsilmiş, 210 kiloqram çəkidə inək əti aşkar edilərək götürülüb. Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Araşdırmalar aparılır.
17 İyul, 2019 12:10 ⁄ Baxılıb: 677
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |