Simsar.az | bizi özünüzə Simsar bilin
11 yaşlı qızı it dişləyib - QAXDA

Ötən gün axşam saatlarında Qax rayonunun Qazmalar kənd sakini, 2008-ci il təvəllüdlü Xatun Suyavuş qızı Məmmədova it dişləməsi xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Tibb müəssisəsindən bildirilib ki, 11 yaşlı X.Məmmədovanı sağ ayağından yaşadığı kəndin ərazisində it dişləyib. Yaralıya lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvən vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

17 İyul, 2019  10:05 Baxılıb: 767

Bu bölmədə