Simsar.az | bizi özünüzə Simsar bilin
Müdhiş iddia: Kan 192 ton qızıla qurban gedib

BVF-nin sabiq prezidenti Vaşinqtonun qəzəbinə gəlib

Seksual zorakılıqla bağlı qalmaqal görə Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti postundan istefa verən və hazırda məhkəmə prosesi keçirilən Dominik Strauss Kanla bağlı müdhiş iddia ortaya atılıb. Lent.az-ın “The European Times” nəşrinə istinadən verdiyi məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidməti may ayında baş nazir Vladimir Putin üçün hesabat hazırlayıb. 

Hesabatda qeyd olunub ki, Dominik Strauss Kan ABŞ-ın 1978-ci ildə imzalanmış anlaşmaya uyğun olaraq 192,3 ton qızılı BVF-nin hesabına köçürmədiyini üzə çıxarıb. Həmin vaxt BVF prezidenti postunu tutan Dominik Strauss Kan bunu ABŞ prezidenti Barak Obamanın yaxın ətrafına və Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmilərinə çatdırıb.

Dominik Strauss Kan ABŞ-ın bu əməlini üzə çıxarmasından az sonra isə Nyu-Yorkda bir oteldə cinsi təcavüz ittihamı ilə saxlanılıb...

8 İyun, 2011  19:15 Baxılıb: 1074

Bu bölmədə