Simsar.az | bizi özünüzə Simsar bilin
Ay tutulacaq

Sabah bu ilin ikinci Ay tutulması hadisəsi baş verəcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məlumat yayıb. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu təbiət hadisəsi iyulun 17-də saat 00:03-də başlayacaq, saat 01:31-də maksimum həddə olacaq və saat 02:59-da başa çatacaq.

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq. Qeyd edək ki, ilin ilk Ay tutulması 21 yanvarda baş verib.

16 İyul, 2019  13:45 Baxılıb: 794

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası