Simsar.az | bizi özünüzə Simsar bilin
İran Azərbaycanla ticarət əlaqələrini artıracaq

“İran Azərbaycanla ticarət əlaqələrini iki dəfə artırmağı qarşısına məqsəd qoyub”.  Bunu İranın ticarət, sənaye və mədən nazirinin müavini Səid Zərəndi deyib.

O bildirib ki, qeyri-neft məhsulların ixracatı sahəsində iki ölkə arasında  əməkdaşlıq üçün geniş potensial mövcuddur və buna görə onlar əməkdaşlığı genişləndirmək niyyətindədirlər: “İki və ya üç illik bir zaman kəsiyində ölkələr arasında əlaqələrin iki dəfə artırılmasını istəyirik”.

S. Zərəndi İranda Azərbaycana ixracatın həcminin 400 milyon dollar həcmində olduğunu vurğulayıb. “Müştərək İqtisadi komissiyanın iclaslarının davamlı keçirilməsi və iki ölkənin dəmir yollarının birləşdirilməsi iki tərəfli əlaqələrin inkişafında böyük dəyişiklik yarada bilər. Hər iki ölkə xalqının mədəniyyət və yaxınlığı da  mövcud əlaqələrin inkişafına zəmin yaradır”, - nazir müavini qeyd edib.

 

13 İyul, 2019  13:39 Baxılıb: 782

Bu bölmədə