Deputatlar Türkiyəyə gedir
Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Dilarə Cəbrayılova Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin qarşısının alınmasının üçüncü ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün Ankaraya gedəcəklər. Bu barədə Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun dəvəti ilə həyata keçiriləcək səfər zamanı Azərbaycan nümayəndə heyəti 2016-cı ildə baş vermiş dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ildönümü münasibəti ilə təşkil olunmuş parlamentin xüsusi iclasına qatılacaq. Yığıncaqda bu hadisələr zamanı həlak olanların xatirəsi anılacaq, dövlət çevrilişi cəhdinin ağır nəticələri və onların aradan qaldırılması barədə danışılacaq, həmin gün dost ölkələr tərəfindən dövlətçilik və demokratiya uğrunda mübarizədə Türkiyə xalqına verilən dəstəkdən söhbət açılacaq, bir sıra sənədlər nümayiş olunacaq. Səfər iyulun 16-da başa çatacaq.
13 İyul, 2019 13:23 ⁄ Baxılıb: 773
Bu bölmədə14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır19 Fevral, 2024 Prezident İlham Əliyev Türkiyədə səfərdədir12 Yanvar, 2024 Hikmət Mirzəyev nazir müavini təyin edildi11 Yanvar, 2024 Azərbaycanda prezidentliyə 7 namizəd var – İnfoqrafika20 Noyabr, 2023 Prezidentlərin təkbətək görüşü keçirilib |