Simsar.az | bizi özünüzə Simsar bilin
Siyavuş Novruzov deputatlara irad bildirib

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deputatlara irad bildirib. O, deyib ki, iclasda qanuna dəyişiklik layihələri müzakirə olundu, amma əsas qanuna toxunulmadı. “Bu qanunların banisi Heydər Əliyevdir. O, olmasaydı, bu qanunlar da olmazdı, indi müstəqil, inkişaf etmiş Azərbaycan var. Bu ölkənin qurucusu var, mütləq yada salınmalıdır. İki gün sonra Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyidir. Hesab edirəm ki, Milli Məclis Heydər Əliyevin hakimiyyətinin 50 illiyi ilə bağlı bəyanat və ya müraciət qəbul etməlidir”, - S.Novruzov bildirib.

12 İyul, 2019  14:58 Baxılıb: 781

Bu bölmədə