Simsar.az | bizi özünüzə Simsar bilin
14 yaşlı qızı vurub qaçan sürücü saxlanıldı

Zərdabda azyaşlını avtomobillə vuran sürücü hadisə yerindən qaçıb. Handdisə Zərdab rayonunun Zərdabi küçəsi, "Dədə Qorqud" meydanı deyilən ərazidə baş verib. Rayon sakini, 1998-ci il təvəllüdlü Nərimanov Sübhan Fikrət oğlu idarə etdiyi "VAZ 21074" markalı 15 BS 112 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yol keçən piyada, 2005-ci il təvəllüdlü Əliyarlı Nəzrin Elşən qızını vurub. Sürücü dərhal hadisə yerindən qaçıb.

Azyazlı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü avtomobillə birlikdə saxlanılıb.

Faktla bağlı Zərdab rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.(trend)

12 İyul, 2019  12:46 Baxılıb: 783

Bu bölmədə