Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıdan qalxan təyyarə Batumiyə çata bilmədi

Bakıdan Batumiyə gedən təyyarə geri dönüb. Bu barədə “Buta Airways” məlumat yayıb. Qeyd olunub ki, Batumi hava limanında qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Buta Airways”in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

Reys Bakı vaxtı ilə saat 10:12-da Heydər Əliyev Aeroportuna uğurlu eniş edib. Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Bakıdan Batumiyə yola düşəcək. (Oxu.az)

12 İyul, 2019  12:25 Baxılıb: 676

Bu bölmədə