Simsar.az | bizi özünüzə Simsar bilin
Həyətindən çətənə kolları, evindən başqa narkotiklər tapıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininin həyətindən çətənə kolları evindən isə qurudulmuş marixuana və digər narkotik vasitələr aşkar edilib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Simsar.az - a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayonun Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Əmrah Zülfiqarovun yaşadığı evə və həyətyanı sahəsinə keçirdikləri baxış zamanı oradan 24 ədəd çətənə kolu, 2 kiloqram 131 qram qurudulmuş maixuana, həmçinin çətənə tumları, heroin, narkotik vasitələrin alqı-satısında istifadə edilən 1 ədəd elektron tərəzi və qurudulmuş marixuananı istifadəyə hazırlamaq üçün xüsusi aparat aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

11 İyul, 2019  16:59 Baxılıb: 101

Bu bölmədə

19 İyul, 2019
Sabahın HAVASI