Tatarıstan prezidenti Azərbaycana səfərə gələcək
Tatarıstan Prezidenti Rüstəm Minnexanov bu ilin oktyabr ayında Azərbaycana işgüzar səfər etmək niyyətindədir.“İnterfax” xəbər verir ki, bunu Tatarıstan prezidentinin mətbuat katibi Liliya Qalimova bildirib. “Hazırda Tatarıstanın Azərbaycanla ticarət dövriyyəsi 58 milyon ABŞ dolları həcmindədir. Bu, çox kiçik rəqəmdir, əlaqələrimizin yaxşı dövrlərində həmin göstərici 200 milyon dollara çatıb. Prezident Minnexanovun Bakıya oktyabr ayının ikinci yarısına nəzərdə tutulmuş səfəri zamanı qarşılıqlı əməkdaşlığın inkişafını müzakirə etməklə bağlı razılıq əldə olunub”, – mətbuat katibi deyib.(report)
11 İyul, 2019 15:43 ⁄ Baxılıb: 823
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır19 Fevral, 2024 Prezident İlham Əliyev Türkiyədə səfərdədir |