Simsar.az | bizi özünüzə Simsar bilin
Qadın qarpızdan zəhərlənib öldü - AZƏRBAYCANDA

Biləsuvarda qadın qarpızdan zəhərlənərək ölüb. Simsar.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyulun 10-da rayonun İsmətli kəndində baş verib. 27 yaşlı Cəmilə Əlizadə qarpız yedikdən sonra zəhərlənib və gecə saatlarında vəfat edib. Hazırda onun meyiti daxili müayinə olunması üçün ekspertizaya göndərilib. Araşdırma aparılır. Həyat yoldaşı hərbçi olan C.Əlizadənin başqa rayondan ora gəlin köçdüyü bildirilir.

11 İyul, 2019  11:16 Baxılıb: 160

Bu bölmədə