Böyük Britaniyanın ABŞ-dakı səfiri istefa verib
Böyük Britaniyanın ABŞ-dakı səfiri istefa verib. Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, Britaniya Xarici İşlər Nazirliyi diplomat Kim Derrokun istefa məktubunu yayımlayıb. Qeyd edək ki, bir neçə gün öncə Böyük Britaniyanın ABŞ-dakı səfiri Kim Derrokun ABŞ Prezidenti Donald Trampı kəskin tənqid etdiyi hesabat qeydləri mediaya sızıb. Britaniya XİN üzə çıxan yazışmaları rədd etməyib. ABŞ Prezidenti Donald Tramp isə məsələyə öz "Twitter" səhifəsində münasibət bildirib. "Daha onunla işimiz olmayacaq", -deyə ABŞ prezidenti mikrobloqunda yazıb.(apa)
10 İyul, 2019 16:38 ⁄ Baxılıb: 1007
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |