Simsar.az | bizi özünüzə Simsar bilin
12 yaşlı uşaq itkin düşüb - BİNƏQƏDİDƏ

Bakıda 12 yaşlı uşaq itkin düşüb. Hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. 2007-ci il təvəllüdlü Mürsəlov Əli Mahal oğlu  iyulun 8-də saat 13:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Hadisə ilə bağlı polisi itkin düşmüş Əli Mürsəlovun atası Mahal Mürsəlov məlumatlandırıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.(apa)211

10 İyul, 2019  11:43 Baxılıb: 171

Bu bölmədə