Hərbi hissədə bədbəxt hadisə:iki hərbi qulluqçu ölüb
İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olublar. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir. Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb. Faktla bağlı araşdırma aparılır.
6 İyul, 2019 12:57 ⁄ Baxılıb: 874
Bu bölmədə19 Aprel, 2023 Bakıda bütün köhnə binalar söküləcək6 Sentyabr, 2022 Ağsuda iki qadın itkin düşüb - Fotolar29 İyun, 2022 İlham Əliyev Türkmənistanda səfərdədir27 May, 2022 İlham Əliyev: “Heç kim gəlib bizə dərs oxumasın”12 Aprel, 2022 Şəhid Əlihüseynin anasına vəzifə verildi |