Simsar.az | bizi özünüzə Simsar bilin
Avropa İttifaqından Azərbaycana orjinal təklif

«Nabucco» və ITGI layihələri birləşdirilsin

Hazırda Xəzər regionundan Avropa bazarlarına təbii qazın nəqli üçün baxılan potensial üç ixrac marşrutundan ikisi – «Nabucco» və ITGI (İtaliya-Yunanıstan-Türkiyə) birləşdirilə bilər.

Simsar.az-ın məlumatına görə, bunu jurnalistlərəAzərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, bu təklif Azərbaycana Avropa İttifaqı tərəfindən təklif olunub: «İndi ITGI ilə «Nabucco»nun birləşdirilməsi məsələsinə baxılır».

ABŞ Dövlət Katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar da «APA-ECONOMICS»ə açıqlamasında bu ehtimalı istisna etməyib: «Qaz marşrutları fərqli layihələr olsa da, onların birləşdirilməsi hamıya sərfəli ola bilər».

8 İyun, 2011  16:24 Baxılıb: 1275

Bu bölmədə