Simsar.az | bizi özünüzə Simsar bilin
Baş Prokurorluqda rəis müavini işdən çıxarıldı

Zakir Qaralov 3 prokuroru da dəyişdi

Prokurorluq orqanlarında kadr dəyişiklikləri baş verib. Baş Prokurorluğun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, baş prokuroru Zakir Qaralovun müvafiq əmri ilə Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Murad Kazımov tutduğu vəzifədən azad olunub.

O, Siyəzən rayon prokuroru, Yevlax rayon prokuroru vəzifəsini icra edən Firdovsi Nemətli Salyan rayon prokuroru, Salyan rayon prokuroru vəzifəsini icra edən Elxan Pənahov isə Yevlax rayon prokuroru vəzifələrinə təyin edilib.

8 İyun, 2011  15:44 Baxılıb: 1539

Bu bölmədə