Simsar.az | bizi özünüzə Simsar bilin
Hacı Zeynalabdin Tağıyevin heykəli üçün müsabiqə iyunun 30-da başa çatacaq

"Hacı Zeynalabdin Tağıyevin heykəlinin "İçərişəhər" metrostansiyasının qarşısında qoyulması təklif olunur. Bu yeganə təklifdir və abidənin başqa məkanda qoyulması gündəmə gəlməyib".  Bunu jurnalistlərə açıqlamasında Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə açıq heykəltəraşlıq müsabiqəsinin münsiflər heyətinin üzvü, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.

O bildirib ki, Tağıyevin heykəlinin forması ilə bağlı təkliflər hələlik müzakirə mərhələsindədir: "Müsabiqə iyunun 30-da başa çatacaq və sonra münsiflər heyəti ən layiqli layihəni seçəcək. Tağıyevin heykəlinin isə "İçərişəhər" metrostansiyasının qarşısında qoyulması təklif olunur. Hələlik bundan başqa bir təklif yoxdur".

İttifaq sədri əlavə edib ki, Azərbaycanın görkəmli memarları - Mikayıl Hüseynov və Sadıq Dadaşova da heykəl qoyulması planlaşdırılır: "Artıq heykəllərin eskizləri hazırdır, Mədəniyyət Nazirliyinə təqdim edilib".

27 İyun, 2019  12:17 Baxılıb: 1167

Bu bölmədə