Simsar.az | bizi özünüzə Simsar bilin
Obamadan İlham Əliyevə məktub

Obama 18-ci Xəzər Neft və Qaz sərgisinin açılışı ilə alaqədar Azərbaycan prezidenti İlham Əliyəvə təbrik məktubu göndərib.

Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, Obama prezident və Azərbaycan xalqını Bakıdakı 18-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının açılışı münasibətilə təbrik edib. Məktubda Heydər Əliyevin uzaqgörənliyi və məqsədyönlülüyü nəticəsində Şərq-Qərb Enerji Dəhlizinin əsası qoyulduğu və Azəri-Çıraq-Günəşli neft yataqları, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Şahdəniz qaz yatağı və Cənubi Qafqaz qaz kəməri kimi böyük enerji layihələrinə qoyulan iri sərmayələrin Azərbaycana və onun beynəlxalq tərəfdaşlarına əhəmiyyətli ticari, iqtisadi və strateji mənfəət gətirdiyi öz əksini tapıb: “Azərbaycanda dövlət və özəl sektorlar arasında uğurlu əməkdaşlıq öz növbəsində beynəlxalq ictimaiyyətin qlobal enerji tələbatının ödənilməsinə böyük töhfə verib. Dünyadakı ən geniş və mürəkkəb layihələrdən biri olan Cənub Dəhlizi layihəsinə qoşulmaq barədə Sizin verdiyiniz qərar Azərbaycanda energetika sahəsində yeni mərhələnin başlanğıcına və iqtisadiyyatın inkişafına təkan verəcək və o cümlədən, təbii qaz ehtiyatlarının mənimsənilməsini daha da təkmilləşdirəcək. Azərbaycanın energetika sektoruna qoyduğu sərmayə dünya iqtisadiyyatına inteqrasiya prosesini və Azərbaycan xalqının və vətəndaşlarının yaşayış standartlarının yüksəldilməsini sürətləndirəcək”. Məktubda həmçinin ABŞ-ın enerji təhlükəsizliyi və müxtəlifliyinin inkişaf etdirilməsi və Qafqaz regionunda sabitlik və tərəqqiyə nail olunması sahəsində Azərbaycanla davamlı əməkdaşlıq etmək niyyətində olduğu öz əksini tapıb.

8 İyun, 2011  06:37 Baxılıb: 1076

Bu bölmədə