“KİA” kombaynla toqquşdu, yaralılar var
Bakı-Quba avtomobil magistralının 79-cu kilometrliyində, Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. “KİA Sportage” markalı, 99 NK 277 dövlət nömrə nişanlı avtomobil kombaynla toqquşub. Qəzaya yüksək sürət səbəb olub. Belə ki, “KİA Sportage” yüksək sürətlə arxadan kombayna çırpılıb. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Kombayn sürücüsünün şəxsiyyəti dəqiqləşdirilib. Bu, 1970-ci il təvəllüdlü Salyan rayon sakini Raqil Əsədulla oğlu Abbasovdur. “KİA Sportage”i isə 1972-ci il təvəllüdlü Şirinov İlqar İlham oğlu idarə edib. Sürücülər və “KİA Sportage” markalı maşında olan üç sərnişin yaralı halda Siyəzən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.(oxu)
20 İyun, 2019 12:01 ⁄ Baxılıb: 730
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |