Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiya vətəndaşı Bakıda ağır qəza törədib

Bakıda Rusiya vətəndaşı ölümlə nəticələnən qəza törədib.  Hadisə dünən axsam saat 22 radələrində Bilgəh-Nardaran şosesində qeydə alınıb. Rusiya vətəndaşı Spiridonov Anton Vladimeroviçin idarə etdiyi H-186 AM dövlət nişanlı “Audi A6” markalı avtomobil piyada, 1961-ci il təvəllüdlü Radiyə Əhmədovanı vurub. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, qadın orada ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (ölümlə nəticələn yol nəqliyyat hadisəsi törətmə) maddəsi ilə cinayət işi başlanılıb.(apa)

20 İyun, 2019  11:29 Baxılıb: 843

Bu bölmədə