Elmar Məmmədyarov Vaşinqtondadır
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda səfərdədir. İyunun 20-də ABŞ paytaxtında ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə Azərbaycan Xarici İşlər naziri E.Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək. Bundan əvvəl isə E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Xatırladaq ki, Z.Mnatsakanyanın vasitəçilərlə görüşü dünən baş tutub. Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla görüşlər keçiriləcəyini açıqlayıb.(apa)
19 İyun, 2019 13:43 ⁄ Baxılıb: 799
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır19 Fevral, 2024 Prezident İlham Əliyev Türkiyədə səfərdədir |