Simsar.az | bizi özünüzə Simsar bilin
Masazırda bu gün işıq fasilələrlə veriləcək

Bu gün saat 13.30-dan 15.30-dək 110/10 kVt-luq Əliağa Vahid yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. Bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Yaranmış narahatçılığa görə, “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

19 İyun, 2019  12:57 Baxılıb: 619

Bu bölmədə