Simsar.az | bizi özünüzə Simsar bilin
Babək prospektində maşın aşdı, tıxac yarandı

Babək prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan birinin kimliyi dəqiqləşib. Bu, 1947-ci il təvəllüdlü Əliyev İsaxan Məhəd oğludur. Təcili yardım xidmətindən verilən məlumata görə, İ.Əliyev ərazidən keçən piyada olub. Sürücü də yaralıdır, ancaq onun kimliyi hələlik dəqiqləşdirilməyib.

08:44

Bir qədər əvvəl Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Prospektlə yüksək sürətlə hərəkət edən maşın aşıb.  Qəza nəticəsində xəsarət alan var. Əraziyə təcili tibbi yardım və yol patrul xidməti maşınları cəlb olunub.   Yolun qismən bağlanması səbəbindən hazırda qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkərində sıxlıq müşahidə edilir.(oxu)

19 İyun, 2019  11:22 Baxılıb: 816

Bu bölmədə